Yuxarı

Gömrükdə beşbarmaq əməliyyatı: saxlananlar var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gömrükdə beşbarmaq əməliyyatı: saxlananlar var

Bodrum-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı Ramal Məmmədov saxlanılıb.

Axar.az-a Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən onun baqajı rentgen aparatıyla yoxlanılıb.

Monitorda beşbarmağa bənzər əşyanın təsviri görünüb. Həmin baqaja təkrar baxış zamanı R.Məmmədova məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından 1 ədəd metaldan hazırlanmış beşbarmaq adlanan soyuq silah aşkar olunub.

İlkin araşdırma zamanı R.Məmmədov izahatında Türkiyədən suvenir kimi aldığını və qadağan olunduğunu bilmədiyinə görə Azərbaycana gətirdiyini bildirib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, bu, vurucu-əzici xassəyə malik soyuq silahdır.

Buna bənzər daha bir qaçaqmalçılıq faktı Biləsuvar Gömrük İdarəsinin Qoşa Təpə gömrük postunda qeydə alınıb. Burada İrandan piyada gələn Azərbaycan vətəndaşı Vüqar Məmmədovun çantasına baxış keçirilib və onda da beşbarmaq aşkar olunub.

Hər iki faktla bağlı təhqiqat aparılır.

Tarix
2015.10.14 / 10:44
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla