Yuxarı

Bacısının başını kəsən qızın məhkəməsi başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bacısının başını kəsən qızın məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1993-cü il təvəllüdlü Günel Etibar qızı Nuriyevanın qətlində təqsirləndirilən bacısı, 1995-ci il təvəllüdlü Pərvanə Etibar qızı Nuriyevanın cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası başlayıb.

Report-un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Nuriyeva bacılarının prosesdə iştirak edən atası Etibar Nuriyev növbəti prosesin qapalı keçirilməsini istəyib.
Məhkəmə prosesi oktyabrın 20-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə 2014-cü ilin oktyabr ayında baş verib. Bakının Xətai rayonunda 20 yaşlı Günel Nuriyeva yaşadığı Xudu Məmmədov küçəsi-18 ünvanında özündən iki yaş kiçik olan bacısı Pərvanə Nuriyeva tərəfindən qətlə yetirilib. P.Nuriyeva mübahisə zəminində bacısı G.Nuriyevaya 22 bıçaq zərbəsi vurub və daha sonra başını kəsib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur.

Nuriyeva bacılarının atası Etibar Nuriyevin biznesmen olduğu bildirilir.

Tarix
2015.10.15 / 12:00
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla