Yuxarı

Rusiyalı iş adamlarını oğurlayanlar azərbaycanlı çıxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyalı iş adamlarını oğurlayanlar azərbaycanlı çıxdı

Gürcüstanda Rusiyanın iki vətəndaşını girov götürən cinayətkar qrupun üzvləri tutulub.

Report Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, onlar Rusiya vətəndaşlarını qanunsuz olaraq azadlıqdan məhrum etmək, tamah məqsədi ilə əvvəlcədən planlaşdırılmış cinayət törətməkdə ittiham olunurlar.

Xəbərdə bildirilib ki, Daxili İşlər Nazirliyinin Kvemo Kartli (Borçalı) regional idarəsinin apardığı istintaq-axtarış tədbirləri nəticəsində cinayətkar qrup ölkənin Rustavi şəhərində saxlanılıb:

"Qrupa Azərbaycanın iki vətəndaşı - 1976-cı ildə anadan olan Mübariz B. və 1984-cü il təvəllüdlü Fariz X., Gürcüstanın 3 vətəndaşı - 1988-ci ildə anadan olan Vladimir C., 1983-cü ildə anadan olan Vukar K. və 1988-ci il təvəllüdlü Roman Z. daxildir".

Qrup üzvləri Gürcüstana qohum toyuna gələn Rusiya vətəndaşları, iş adamları Üzeyir S. və Mahir A.-nı oğurlayaraq, bir neçə gün qapalı yerdə saxlayıb, onların azadlığa buraxılmaları qarşılığında pul tələb ediblər.

Tarix
2015.10.24 / 14:49
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla