Yuxarı

Paşayeva şəhid Sənanın anası ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşayeva şəhid Sənanın anası ilə görüşdü

Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə Silahlı Qüvvələrin zabiti, Vətən müharibəsi şəhidi Sənan Kərimovun anası Ətrabə Şərif qızı Kərimova ilə görüşüb.

Axar.az xəbər verir ki, şəhidin anası ilə ətraflı söhbət edən Komitə sədri onun ürək sözlərini dinləyib, rəşadətli zabitin həyat və döyüş yolu ilə, ailənin qayğıları ilə yaxından maraqlanıb.

Qeyd edək ki, Sənan Rəhman oğlu Kərimov (29 mart 1991, Ağdam r. – 07 oktyabr 2020, Cəbrayıl r.) 2006-2009-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə oxuyub. 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indi Milli Müdafiə Universitetinin tabeliyindəki Heydər Əliyev adına Hərbi İnstitut) ali təhsil alıb.

Sənan Kərimov 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib.

Azərbaycan Ordusunun zabiti olan Sənan Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Şəhid Sənan Kərimov Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn olunub.

Sənan Kərimov 3-cü dərəcəli “Rəşadət” ordeni ilə, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Ruhu şad olsun!

Tarix
2022.11.29 / 12:05
Müəllif
Axar.az
Digər xəbərlər

Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...

Vuçiç İlham Əliyevə zəng etdi

Bakı və İrəvan arasında tezliklə... - Hakan Fidan

İrana hücum Epşteyndən qaçmaq üçün acınacaqlı cəhddir

İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi

Türkiyə Ermənistanla sərhədi açmağa tələsir - Səbəb

Erməni riyakarlığı: xəritəni bu cür saxtalaşdırıblar - Foto

Ceyhun Bayramov Tailanda getdi

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla