Yuxarı

Kəmaləddin Heydərov BƏƏ səfiri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəmaləddin Heydərov BƏƏ səfiri ilə görüşdü

Dekabrın 5-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi ilə görüşüb.

Bu barədə Axar.az-a FHN-dən məlumat verilib.

Məlumata görə, qonağı səmimi salamlayan nazir K.Heydərov Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini xatırladıb. Bu çərçivədə, iki ölkənin uyğun qurumları arasında fövqəladə hallarla mübarizə üzrə əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu qeyd edən nazir müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin münasibətlərin inkişafına faydalı təkan verdiyini vurğulayıb.

Nazir daha sonra səfirə Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, fövqəladə halların idarə edilməsi üzrə görülən işlər haqqında ətraflı məlumat verib, iki ölkənin uyğun qurumları arasında təcrübə mübadiləsinin aparılması məqsədilə birgə təlim və seminarların keçirilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin, Birləşmiş Ərəb Əmirliklərinin fövqəladə halların idarə edilməsinə məsul qurumlarının əməkdaşlarının Azərbaycan FHN-in Akademiyasında təhsil imkanları da qeyd edilib.

Səmimi görüşə görə təşəkkürünü bildirən səfir Məhəmməd Əl Bluşi hər iki ölkə arasında mövcud yüksək səviyyəli əməkdaşlıq münasibətləri çərçivəsində fövqəladə halların idarə edilməsi sahəsində aidiyyəti qurumların əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Səfir bu istiqamətdə rəhbər və ekspertlər səviyyəsində qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tarix
2022.12.05 / 14:43
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla