Yuxarı

Qətl: Qardaşları güllələyən müəllim axtarılır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qətl: Qardaşları güllələyən müəllim axtarılır - Foto

Mingəçevirdə iki qardaşı güllələyən 31 yaşlı Şakir Əhmədovun axtarış tədbirləri davam etdirilir.

Bu barədə Axar.az-a Mingəçevir Şəhər Polis Şöbəsininin növbətçi hissəsindən bildirilib.

Polis Şöbəsindən deyilib ki, Ağdam sakini Bəxtiyar Rəhimovu öldürüb, qardaşı Rövşən Rəhimovu yaralayan qatillə bağlı araşdırma davam edir.

Polisdən Ş.Əhmədovun cinayəti hansı səbəbdən törətməsinin məlum olmadığın qeyd olunub.

Yada salaq ki, Mingəçevirdə məcburi köçkünlər üçün salınmış qəsəbədə silahlı insident baş verib.

Hadisə şahidlərinin ANS-ə verdiyi məlumata görə, Ağdam rayonundan məcburi köçkün olan 31 yaşlı, Ağdam köçkün məktəblərinin birində fizika müəllimi işləyən Ş.Əhmədov həmyerlisi B.Rəhimova hələlik məlum olmayan səbəbdən silahla atəş açıb.

Daha sonra onun qardaşı R.Rəhimovu da əlindən və ayağından güllələyib. Sinəsindən iki güllə yarası alan B.Rəhimov xəstəxanaya gedərkən yolda keçinib.

Mərhumun atası Elmidar Rəhimovun sözlərinə görə, əvvəllər oğlanları ilə hadisəni törədən şəxsin arasında heç bir münaqişə yaşanmayıb. Əksinə uzun müddət qonşu kimi normal münasibətləri olub.

Mərhum ailəli olub. İki azyaşlı övladı var.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Tarix
2015.10.27 / 13:36
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla