Yuxarı

Bakıda müdir müavininin meyiti tapıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda müdir müavininin meyiti tapıldı - Foto

Bakıda axtarışda olan şəxsin meyiti tapılıb.

APA-nın məlumatına görə, hadisə Nizami rayonunda Elşən Süleymanov və Bəhruz Nuriyev küçələrinin kəsişməsindəki yarımçıq tikilidə qeydə alınıb. Belə ki, Nizami Rayon Polis İdarəsinə tikintinin lift boşluğundan kəskin qoxunun gəlməsi ilə bağlı məlumat daxil olub. Hadisə yerinə yollanan polis əməkdaşları, liftin boşluğunda meyit aşkarlayıblar. Meyiti götürmək mümkün olmadığından Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə zəng vuraraq kömək istəyiblər. Hadisə yerinə nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşları cəlb olunublar. Liftin şaxtasındakı meyit xüsusi alət və avadanlıqların köməyi ilə çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Hadisə yerinə gələn Nizami Rayon Prokurorluğunun əməkdaşları araşdırmalara başlayıblar.

Üstündən çıxan mobil telefon vasitəsi ilə tapılan meyitin bu ilin sentyabr ayından axtarışda olan 1962-ci il təvəllüdlü Hadiyev Fuad Həsən oğluna məxsus olduğu müəyyən olunub. O, "Qaya" Mətbuat Yayımının Marketinq şöbəsinin müdir müavini vəzifəsində çalışırmış. Sonuncu dəfə sentyabrın 19-da Nizami rayonu ərazisində yerləşən "Xudafərin" şadlıq evində düzənlənən toy məclisində iştirak edib. Məclisi tərk edəndən sonra isə yaşadığı Nəsimi rayonundakı evinə qayıtmayıb. Qohumları və polis tərəfindən aparılan axtarışlar nəticə verməyib. F.Hadıyev itkin düşəndən 1 gün sonra yaxınları ilə əlaqə saxlaya bilib. Vəziyyətinin ağır olduğunu deyən Fuadın bundan sonra telefonu sönüb.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

Tarix
2015.10.29 / 23:50
Müəllif
Axar.az
Digər xəbərlər

Şahin Mustafayev Möhsün Rzayi ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla