Yuxarı

“Şərq”in 19 yaşı oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Şərq”in 19 yaşı oldu

Bu gün "Şərq" qəzetinin 19 yaşı tamam olur.

Axar.az xəbər verir ki, 1996-cı ildə Akif Aşırlı tərəfindən əsası qoyulan qəzet Azərbaycan jurnalistika tarixində ilklərlə yadda qalıb. Çox ağır bir dövrdə fəaliyyətə başlayan qəzet qısa zaman içərisində Azərbaycanın ən çox sevilən mətbuat orqanları sırasına daxil ola bilib. "Şərq" yarandığı gündən bu yana daima bitərəf mövqeyi ilə seçilib. Qəzet heç bir zaman hansısa partiyanın təbliğat vasitəsinə çevrilməyib. Buna görədir ki, qəzet qısa zaman çərçivəsində öz tirajını 30 minə qaldırmağı bacarıb.

"Şərq" həm də Azərbaycan mətbuatında bir çox ilklərin sahibi oldu. Bunlardan ən vacibi qəzet səhifələrinə qısa xarakterli informasiyaların gətirilməsi idi. Məhz bu "Şərq"i digər mətbuat orqanlarından fərqləndirdi.

Qəzet sonradan Azərbaycanın bir çox tanınmış jurnalistləri üçün də əsas məktəb rolunu oynadı.

Elektron medianın inkişafı "Şərq" qəzetinə də öz təsirlərini göstərdi. Bir zamanlar 30 min tirajla çap olunan qəzet indi daha az sayla oxucu kontingentinin görüşünə gedir. Lakin maraqlı məqam orasındadır ki, mövqeləri nə qədər zəifləsə də, "Şərq" öz oxucularını itirməyib, əksinə, veb variantı ilə zamanla ayaqlaşmağı bacarır.

Axar.az Azərbaycan jurnalistika tarixinə öz adını qızıl hərflərlə yazdırmış "Şərq" qəzeti kollektivini təbrik edir, onlara işlərində müvəffəqiyyət arzulayır.

Tarix
2015.11.01 / 15:44
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla