Yuxarı

Azərbaycanda məktəb direktoru qətlə yetirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda məktəb direktoru qətlə yetirildi

Ağsu rayonunda qətl hadisəsi törədilib.

APA-nın xəbərinə görə, rayonun Ərəbsarvan kəndində Çiyni kənd sakini, 1983-cü il təvəllüdlü Şirinov Kabus Xanlar oğlu keçmiş həyat yoldaşı, Ərəbsarvan kənd sakini, 1975-ci il təvəllüdlü Eyyubova Elnurə Üzeyir qızını mübahisə zəminində bıçaqlayıb. İki uşaq anası E.Eyyubova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisəni törədən şəxs tutularaq istintaqa təhvil verilib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Məlumata görə, rayonun Hacıqədirli kəndindəki 4 illik orta məktəbin direktoru işləyən E.Eyyubova 3 il öncə K.Xanlarovdan boşanıb. O, övladları ilə birlikdə Ərəbsarvan kəndində yaşayıb. E.Eyyubova bir müddət əvvəl keçmiş ərinin uşaqlarına görə aliment verməməsi barədə polisə müraciət edib. Müraciət əsasında K.Xanlarov saxlanılaraq 20 günlük həbs cəzasına məhkum edilib. O, həbsxanadan çıxan kimi keçmiş arvadının evinə gedib və qətl törədib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Tarix
2015.11.04 / 11:14
Müəllif
Axar.az
Digər xəbərlər

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

İlham Əliyev Pezeşkiana zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla