Yuxarı

Dəhşət: Bacısını uşaqlarının gözü qarşısında...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəhşət: Bacısını uşaqlarının gözü qarşısında...

Ağsu rayonunda daha bir bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 13:00 radələrində Ağsunun Ərəbuşağı kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Mürsəlov Hakim Nəzər oğlu əmisinin evinə gedən bacısı, 1986-cı il təvəllüdlü Mürsəlova Yaqut Nəzər qızı ilə mübahisə edib. Mübahisə davaya çevrilib və H.Mürsəlov bacısına bıçaqla bir neçə xəsarət yetirib. Hadisə qadının iki azyaşlı övladının gözü qarşısında baş verib.

Qarın boşluğundan xəsarətlər alan Y.Mürsəlova Ağsu Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Məlumata görə, qardaş və bacı arasında bundan əvvəl də mübahisə olub. Hadisənin səbəbləri Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırılır.

Tarix
2015.11.04 / 14:48
Müəllif
Axar.az
Digər xəbərlər

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

İlham Əliyev Pezeşkiana zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla