Yuxarı

Azərbaycanda internetsiz mənzil qalmayacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda internetsiz mənzil qalmayacaq

Azərbaycan ərazisinin 100 faizli 3-cü nəsil örtüyə malik olan 40 ölkə sırasındadır.

Axar.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Beynəlxalq Telekommunikasiya İttifaqının hesabatına əsasən, ölkəmiz ərazisinin 100 faizli 3-cü nəsil örtüyə malik olan 40 ölkə sırasındadır. Regionlarda sənaye və texnologiyalar parklarının yaradılması da bölgələrlə paytaxt arasında texnoloji imkanların bərabərləşməsinə öz töhfəsini verir. Nazirliyin qarşısında duran əsas hədəflərdən biri yaşayış yerindən asılı olmayaraq bütün əhalini birləşdirən yüksəksürətli genişzolaqlı şəbəkənin qurulması və onun əsasında ucuz və keyfiyyətli xidmətlərin göstərilməsidir.

Bu məqsədlə "Milli genişzolaqlı internetin inkişafı" layihəsi həyata keçirilir.

Layihə "hər evə optika" prinsipi ilə istifadəçilərə adambaşına Bakı şəhərində 30-100 Mbit/s., rayonlarda, o cümlədən ucqar yaşayış məntəqələrində 10-30 Mbit/s. sürətli internetin verilməsini nəzərdə tutur. Hazırda layihənin reallaşdırılmasına maliyyə vəsaitlərinin cəlb olunması üçün yerli və beynəlxalq maliyyə-kredit təsisatları və tanınmış istehsalçı şirkətlərlə danışıqlar aparılır.

Artıq Niderlandın "Amsterdam Trade Bank"dan ilk kredit cəlb edilərək layihənin icrasına yönəldilib. Respublikada əhali yaşayan ərazilər çoxproqramlı radio və televiziya yayımı ilə əhatə edilib.

Dünya Bankının dəstəyi ilə "Maliyyə xidmətlərinin inkişafı" layihəsinin icrası nəticəsində milli poçt operatoru Azərpoçt MMC-nin poçt şöbələri vasitəsilə əhaliyə bank-maliyyə xidmətlərinin göstərilməsi də təmin edilib.

Tarix
2015.11.05 / 11:28
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

14 İran vətəndaşı "arzuolunmaz şəxs" elan edildi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla