Yuxarı

MTRŞ TV işçilərini təbrik etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MTRŞ TV işçilərini təbrik etdi

6 noyabr radio və televiziya işçilərinin peşə bayramı günü münasibətilə bu sahədə çalışan bütün dostları təbrik edirəm, hər birinə uğurlar arzulayıram.

Axar.az xəbər verir ki, bu sözləri Milli Televiziya və Radio Şurasının Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov öz Feysbuk səhifəsində yazıb.

O, bəzi TV mütəxəssislərimizin bu prosesdə aktiv iştirak etmədiyindən təəssüf hissi keçirdiyini bildirib:

"Azərbaycan televiziyası və radiosu həqiqətən də böyük inkişaf yolu keçib və şərəfli tarix yazıb. Azərbaycan xalqının milli dəyərlərinin, dilinin, mədəniyyətinin qorunub saxlanmasında müstəsna tarixi xidmətlər göstərib. Amma təəssüf ki, bu gün teleradio sahəsi müəyyən problemlər yaşayır və cəmiyyətdə bu sahə ən çox tənqidə məruz qalanlardandır. İnşallah, mütəxəssislərin, səlahiyyətlilərin, həmçinin yaradıcı insanların birgə səyi ilə teleradio sahəsi mövcud problemlərini aradan qaldıra və beləliklə də tənələri öz üzərindən ata biləcək.

Lakin onu da təəssüflə qeyd etməyə bilmərik ki, bəzi TV mütəxəssislərimiz bu prosesdə aktiv iştirak etmir, müəyyən korporativ maraqlardan çıxış edirlər. Bu korporativ maraqlar bəzilərinin TV-lərdə tutduqları vəzifələrdən, bəzilərinin isə sadəcə TV-lərlə münasibətləri pozmamaq niyyətindən irəli gəlir".

Xatırladaq ki, bu gün Azərbaycanda Radio və Televiziya İşçilərinin peşə bayramı günü kimi qeyd olunur. 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb və o gündən sözügedən tarix radio işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Tarix
2015.11.06 / 12:20
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla