Yuxarı

Azərbaycan efirinin 89 yaşı tamam olur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan efirinin 89 yaşı tamam olur

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-yə daxil olan AZTV, "Mədəniyyət" və "İdman Azərbaycan" telekanalları və Azərbaycan Radiosu öz peşə bayramlarını xüsusi sevinc və ovqatla qeyd edir.

Bu sözləri Axar.az-danışan AzTV-nin mətbuat katibi Xatirə Qasımova deyib.

O, hər il bunun artıq ənənəyə çevrildiyini bildirib:

"Bu günün Opera və Balet Teatrında təntənəli şəkildə qeyd olunması, QSC əməkdaşlarının Fəxri və Şəhidlər Xiyabanlarını ziyarət etməsi artıq ənənəyə çevrilib. Opera və Balet Teatrında çəkilmiş təntənəli mərasim "Mədəniyyət" kanalı vasitəsilə 20.30-da nümayiş olunacaq.

Bundan başqa, "Səhər" musiqili-informasiya proqramından başlamış gün ərzində yayımlanan bütün veriliş və proqramlar peşə bayramına həsr olunub. Onların arasında Qızıl Fondun inciləri, Bakı televiziya studiyasının ilk efirində yayımlanmış "Bəxtiyar" filmi, keçilən yola nəzər salan "Həyatımızın aynası" sənədli televiziya filmi, "Səs Azərbaycan" tok-şousu var".

Xatırladaq ki, bu gün Azərbaycanda Radio və Televiziya İşçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Hazırda ölkədə dövlət radio və televiziyası ilə yanaşı ANS, Lider, Speys, Azad Azərbaycan, Bürc FM kimi özəl televiziya və radio kanalları müxtəlif məzmunlu verilişlər yayırlar.

Axar.az kollektivi bütün Radio və Televiziya İşçilərini bu gün münasibətilə təbrik edir.

Tarix
2015.11.06 / 13:32
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla