Yuxarı

Bu gün Trotski, Tofiq Quliyev və… - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün Trotski, Tofiq Quliyev və…  - Video

Bu gün – 7 noyabr təqvimdə əlamətdar gündür.

Axar.az bu tarixdə kimlərin anadan olduğunun siyahısını hazırlayıb.

Təqvimin məhz bu günü marksist inqilabçı və nəzəriyyəçi, Sovet siyasi xadimi, Qırmızı ordunun qurucusu Lev Trotski anadan olub. O, 1879-cu ildə Ukraynanın Yanovka kəndində dünyaya göz açıb.

Trotskinin Stalinlə hakimiyyət uğrunda mübarizəsi 1924-cü ildə onun məğlubiyyəti ilə nəticələnib, 1927-ci ildə partiyadan çıxarılaraq Alma-Ataya göndərilib. 1929-cu ildə isə SSRİ-dən xaric edilərək Sovet vətəndaşlığı əlindən alınıb.

Eyni zamanda görkəmli bəstəkar, mərhum xalq artisti Tofiq Quliyevin də anadan olan günüdür. T.Quliyev L.Trotskidən fərqli olaraq musiqi sənətində öz möhrünü vurmuş, inqilab etmiş şəxsiyyətdir.

Onun mahnıları neçə-neçə filmlərdə yer alıb. Korifey bəstəkar 1917-ci ildə, məhz inqilab tarixində Bakının Bilgəh kəndində doğulub. 1969-cu ildən 1979-cu ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib. 1990-cı ildən ömrünün sonuna kimi Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.

7 noyabr tarixi siyasət, musiqi aləmi ilə yanaşı mətbuatda da imzası ilə möhürünü vurmuş müəllifin ad günü təqvimidir. Belə ki, bu gün veteran jurnalist, hazırda Axar.az saytının baş redaktoru çalışan Anar Niftəliyevin doğum günüdür.

42 yaşını qeyd edən baş yazar 1973-cü ilin bu günü Şamaxıda anadan olub. 1990-cı ildə Bakıda 25 saylı orta məktəbi (indiki 302 saylı), 1995-ci ildə isə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.

Müxtəlif vaxtlarda Azərbaycan Dövlət Televiziyasında, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində, "Xalq qəzeti, "Millətin səsi", "Azadlıq" qəzetlərində çalışıb, yüzlərlə məqalənin müəllifidir.

Artıq 2 ildir ki, Axar.az-ın baş redaktoru olan A.Niftəliyevin rəhbərliyi altında sayt ən operativ, oxunaqlı, elektron mediada xüsusi yeri olan bir informasiya mərkəzinə çevrilib.

Kollektiv adından onu təbrik edir, sağlamlıq arzulayır və karyerasında uğurlar diləyirik. Xəbərimiz bol olsun!!!

Tarix
2015.11.07 / 10:38
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla