Yuxarı

Nakam sevgi başının kəsilməyinə səbəb oldu - Şok təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nakam sevgi başının kəsilməyinə səbəb oldu - Şok təfərrüat

Mərhumun heç də başı kəsilməyib. Sadəcə boyun nahiyəsinə endirilmiş zədə nəticəsində bıçaq 23 yaşlı Elnur Balaşirin oğlu Nəsirovun şah damarını kəsib.

Bu barədə Axar.az-a paytaxtın Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsindən bildirilib. Hadisəyə səbəb isə nakam sevgi olub:

"İki il bundan öncə mərhum öz əmisi qızını istəyib, yəni onu qətlə yetirən Elşən Nəsirovun bacısını. Lakin hazırda mərhum da, Elşənin bacısı da ailəlidir. Onların münasibəti elə iki il bundan qabaq bitib. İlkin versiyalara görə, qətlin səbəbi nakam məhəbbətdən qalan səbəblərdir".

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Qara Qarayev-55 ünvanında 23 yaşlı Elnur Balaşirin oğlu Nəsirov əmisi oğlu tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Cinayəti törədən Elşən Nəzir oğlu Nəsirov artıq həbs edilib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2015.11.11 / 17:18
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

İlham Əliyev Pezeşkiana zəng etdi

AB Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla