Yuxarı

Taksi şoferini çəkiclə vuran yaxalandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Taksi şoferini çəkiclə vuran yaxalandı

Bakıda taksi sürücüsünə hücum edən şəxs tutulub.

Axar.az-ın verdiyi məlumata görə, bir neçə gün əvvəl Fuad Şirəliyevin idarə etdiyi 90 AD 790 dövlət nömrə nişanlı avtomobili qaçıran adam Qaradağ Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həbs olunub.

Adı açıqlanmasa da, həmin şəxs barəsində cinayət işinin açıldığı bildirilir. Qeyd edək ki, naməlum şəxs taksi şoferinin maşınına oturub, Salyana getməli olduğunu söyləyib. Tərəflər razılaşıb, yola düşüblər.

Müştəri Lökbatan yolunda taksini saxlatdırıb, arxa oturacaqda çantasından əşya götürəcəyini söyləyib. Sonra arxa oturacağa keçər-keçməz çantasındakı çəkiclə taksi sürücüsünün başından vurub.

Sürücüyə xəsarət yetirən naməlum şəxs 90 AD 790 dövlət nömrə nişanlı maşını qaçırıb, sahibini isə yolun kənarına atıb. Avtomobilin içində taksi sürücüsünün sənədləri, mobil telefonu və pulu olub.

Tarix
2015.11.13 / 18:21
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

İlham Əliyev Pezeşkiana zəng etdi

AB Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla