Yuxarı

Astara gömrüyündə narkotik əməliyyatı – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Astara gömrüyündə narkotik əməliyyatı – Foto

Gömrükçülər 2 kiloqrama qədər heroinin ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə, narkotik vasitə İrandan gələn Azərbaycan vətəndaşı Emin Məmmədovun avtomobilində aşarkanıb.

Astara Gömrük İdarəsinin əməkdaşları ona məxsus "Mersedes Benz-200" markalı, 90-GB-883 nömrəli minik maşında yoxlama aparıb.

Yoxlama xəttində avtomobilə gömrük nəzarətini həyata keçirən zaman "Mimi" ləqəbli kinoloji xidmət iti nəqliyyat vasitəsinin salonuna reaksiya verib.

Bunu nəzərə alan gömrükçülər qanunvericiliyin tələbinə uyğun olaraq nəqliyyat vasitəsinə baxış keçirib.

Yoxlama zamanı avtomobilin salonunda, alətlər panelinin arxasında qara rəngli kauçuk məmulatına bükülü vəziyyətdə 1 kiloqram 850 qram heroin aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Tarix
2015.11.19 / 12:53
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

İlham Əliyev Pezeşkiana zəng etdi

AB Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla