Yuxarı

“38 milyonu mənimsəyən bankirin sonu...”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“38 milyonu mənimsəyən bankirin sonu...”

Məhkəmə bu məsələyə çox ciddi yanaşmalı, ədalətli qərar verməyi bacarmalıdır. İşlə bağlı lazımı ölçü götürülməlidir.

Bu sözləri Axar.az-a "Texnikabank" ASC-nin Bakı filialının müdiri Zal Yusifovun atası Zakir Yusifovun kassasiya şikayətinə baxılması ilə bağlı Ali Məhkəmənin qərarına münasibət bildirən millət vəkili, hüquqşünas Rövşən Rzayev deyib. Deputat hesab edir ki, məhkəmə tərəfindən sözügedən şikayətin əsassız olduğu bu dəfə də sübuta yetirilərsə, həmin şəxs qanun qarşısında cavab verməli olacaq:

"Azərbaycanda məhkəmələr kifayət qədər öz işini qura bilib. Ölkəmizdə məhkəmə sistemi çox müasirdir. İnanıram ki, bu məsələdə ədalətli hökm çıxarılacaq. Əgər belə bir məsələ mövcuddursa, mütləq qaydada məhkəmə prosesə uyğun ən layiqli qərarı qəbul etməlidir. Çox güman ki, elə belə də olacaq. Məhkəmənin qərarından çox şey asılıdır, çünki ancaq qərarla nəsə əldə etmək olar. Əgər həmin şəxs məhkəmədə üzərinə həbs qoyulmuş əmlakın həqiqətən də ona məxsus olduğunu sübuta yetirə bilməsə, bunun nəticələri çox ağır olacaq. Buna görə də hesab edirəm ki, məhkəmə işlə bağlı lazımı ölçü götürməlidir. Çünki ortada çox böyük məbləğdən söz gedir və xeyli zərərçəkmiş insan var. Şikayətin əsassız olmasının apelyasiya instansiyasında dəfələrlə sübuta yetirilməsinə baxmayaraq, yenidən Ali Məhkəməyə şikayət verilməsi və bu şikayətə baxılmasına gəldikdə isə, zənnimcə, əmlakla bağlı bütün məsələlər, şübhəli məqamlar çox ciddi şəkildə araşıdırılmalı və qərar da bu nəticəyə əsasən verilməlidir".

Qeyd edək ki, "Texnikabank"ın Bakı filialının sabiq rəhbəri Zal Yusifov digər şəxslərlə birlikdə cinayət əməli törədib. 81 müştərinin banka qoyduğu təxminən 38 milyon manat pulu mənimsəyib. O, mütəşəkkil dəstə yaradaraq vətəndaşların pulunu yeyib. 15 nəfərlik dəstə üzvləri müxtəlif müddətlərdə cəzalandırılıb. Məhkəmə sübuta yetirib ki, Zal Yusifov cinayətkar əməlinə oğlu İslam Yusifovu da cəlb edib. Buna görə də məhkəmə İslam Yusifovun da barəsində ittiham hökmü çıxarıb. Ancaq Ali Məhkəməyə şikayət edən Zal Yusifovun atası Zakir Yusifov Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsinə, işin yenidən apelyasiya instansiyasına qaytarılmasına nail olub. Ancaq hər dəfə Bakı Apelyasiya Məhkəməsində işə baxan hakimlər həbsdə olan bankirin atasını haqsız çıxarıblar.

Buna rəğmən əmlaklarının müsadirə olunmaması naminə inad göstərən bankir atası yenidən Ali Məhkəməyə şikayət edib. Bu günlərdə Ali Məhkəmədə hakim Akif İsgəndərovun sədrliyi ilə keçirilən prosesdə Zakir Yusifovun şikayətinə baxılıb. Z.Yusifov növbəti dəfə Bakı Apelyasiya Məhkəməsinin 12 dekabr 2014-ci il tarixli hökmünün ləğv edilməsinə nail olub. Ali Məhkəmənin hakimləri işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul ediblər.

Tarix
2015.11.19 / 17:22
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

"Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir?

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Bakıdakı səfir Acarıstanın sədri ola bilər

İsrailin Azərbaycandakı sabiq səfirinə vəzifə verildi - Foto

Laçın postunun qurulmasının Zəfər tarixində strateji əhəmiyyəti

İran səfiri İlham Əliyevə təşəkkür etdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq...

Paşinyan Anna ilə barışdı

Xəzər dənizindəki limanlara hücum... – İran səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla