Yuxarı

Narkomanın əmisi oğlunu qətlə yetirməsinin - Təfərrüatı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Narkomanın əmisi oğlunu qətlə yetirməsinin - Təfərrüatı

Paytaxtın Nizami rayonunda dəhşətli qətlin təfərrüatı məlum olub.

Axar.az xəbər verir ki, 23 yaşlı Elnur Balaşirin oğlu Nəsirovun namus üstə boğazının kəsilərək öldürülmədiyi açıqlanıb.

Mərhumun qohumları "Arqument.az"a bildiriblər ki, Elşən Nəzir oğlu Nəsirov əmisi oğlunu qısqanclıq zəminində qətlə yetirməyib:

"Bir sıra media orqanları və televiziyalar xəbər yayıblar ki, guya hadisə qısqanclıq və namus üstündə baş verib. Guya Elşən Nəsirov ifadəsində bildirib ki, əmisi oğlu onun bacısı ilə nişanlı olub. Sonra nişanı qaytarıb və başqa bir xanımla ailə qurub. Hadisə də guya buna görə qısqanclıq zəminində baş verib.

Amma bütün bunlar cəfəngiyyatdır. Əvvəla, mərhumun əmisi qızı dörd il öncə ailə qurub və Gəncədə yaşayır. Hazırda iki uşaq anasıdır.

Mərhum özü isə bir ay öncə tələbə yoldaşı ilə ailə qurub. Bir ay hara, dörd il hara? Bu, necə namus üstündə baş verə bilərdi ki?

Yaxşı olardı ki, mətbuat bu acı günümüzdə belə yalan xəbərlər yayıb hisslərimizlə oynamasın. Qoyun acımızı çəkək".

Mərhumun qohumlarının sözlərinə görə, E.Nəsirovu qətlə yetirən əmisi oğlu narkotik istifadəçisidir və qeydiyyatdadır: "Kimlərləsə alış-verişi olub, ondan külli-miqdarda pul istəyiblər, daha doğrusu, borclu olub.

Gəlib Elnurdan pul istəyib. O da bu qədər pulunun olmadığını deyib və pulu verməkdən imtina edib. Bundan sonra aralarında mübahisə baş verib və o da mərhumu qətlə yetirib".

Xatırladaq ki, hadisə paytaxtın Qara Qarayev 55 ünvanında baş verib. Faktla bağlı Nizami Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Tarix
2015.11.20 / 12:46
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

İlham Əliyev Pezeşkiana zəng etdi

AB Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla