Yuxarı

Bakıda və Masallıda oğrular yaxalandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda və Masallıda oğrular yaxalandı

Bakıda mağazadan oğurluq edən şəxs saxlanılıb.

Axar.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Xətai rayon 35-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 1-də Vidadi Mirzəyevə məxsus mağazadan 321 manat, spirtli içkilər və tütün məmulatı oğurlamış Bakı şəhər sakini Rüfət Əliyev tutulub. Faktla bağlı araşdırma aparılır.

Daha bir oğurluq isə Masallı rayonunda baş verib.

Masallı Rayon Polis Şöbəsinin (RPŞ) cinayət-axtarış bölməsinin rəisi, polis mayoru Vüqar Bəhmənovun APA-ya verdiyi məlumata görə, rayonun Kolatan kənd sakini Qızbəs Babayeva, Ərkivan qəsəbə sakinləri Tehran Şahbazova və Hüsniyyə Ağayeva polis şöbəsinə ərizə ilə müraciət edərək, ayrı-ayrı vaxtlarda onlara məxsis xeyli sayda iribuynuzlu və xırda buynuzlu mal-qaranın naməlum şəxslər tərəfindən oğurlandığını bildiriblər.

Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Masallının İsgəndərli kənd sakini, 1992-ci il təvəllüdlü Mirbaba Qələmirzə oğlu Cəfərov və Lənkəran rayonunun Tükəvilə kənd sakini, 1984-cü il təvəllüdlü Anar Firudin oğlu Əliyev şübhəli şəxs qismində saxlanılıb. İstintaq zamanı hər iki şəxsin sözü gedən oğurluq faktlarının birbaşa təşkilatçıları olduğu sübuta yetirilib. Həmçinin hər iki saxlanılan şəxsin zərərçəkənlərə xeyli miqdarda maddi ziyan vurduqları da müəyyənləşdirilib.

Onların oğurladıqları mal-qaranın müəyyən hissəsi sahiblərinə qaytarılıb.

Masallı Rayon Məhkəməsinin qərarı ilə Mirbaba Cəfərov və Anar Əliyev barəsində 3 ay müddətinə həbs qəti-imkan tədbiri seçilib.

Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Tarix
2015.11.21 / 16:50
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

İlham Əliyev Pezeşkiana zəng etdi

AB Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla