Yuxarı

Bakıda qadın özünü 19-cu mərtəbədən atdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda qadın özünü 19-cu mərtəbədən atdı - Video

Bakının Bakıxanov qəsəbəsində, Yavər Əliyev küçəsi, "Uğur-2" yaşayış kompleksində, 2-ci binada bir qız özünü çoxmərtəbəli binanın 19-cu mərtəbəsindən ataraq intihar edib.

Milli.az-ın əldə etdiyi məlumata görə, qızın 23 yaşı olub.

Sakinlərin verdikləri məlumata görə, intihar edən xanım həmin binada ailəsi ilə birlikdə kirayədə yaşayırmış və 3 yaşlı bir övladı var.

Sabunçu Rayon Polis İdarəsindən bildiriblər ki, adıçəkilən ünvanda 1990-cı il təvəllüdlü bir qadın binadan yıxılıb. Həkim briqadası hadisə yerinə gələnədək qadın dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Hadisənin şahidi olmuş qonşulardan birinin verdiyi məlumata görə, qadın ailədaxili münaqişə nəticəsində intihar edib. Hətta onun hadisədən bir neçə dəqiqə öncə həyat yoldaşı ilə mübahisə etdiyini eşidənlər də olub.

Tarix
2015.11.23 / 15:58
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

İlham Əliyev Pezeşkiana zəng etdi

AB Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla