Yuxarı

Oğru: “Öz aramızda razılaşdıq ki…”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oğru: “Öz aramızda razılaşdıq ki…”

Şəmkir rayonunda 3 min manatlıq oğurluq hadisəsi baş verib.

Axar.az xəbər verir ki, oğurluq rayonun Dəllər qəsəbəsində Ramin Hüseynova məxsus avtomobillərin ehtiyat hissələri satılan mağazada baş verib.

Naməlum şəxslər mağazadan avadanlıqlar oğurlayıblar.

Zərərçəkənin atası Tahir Hüseynov bildirib ki, oğurlanan mallar əsasən motor yağları, açar blokları və motora aid hissələrdir.

Müraciət əsasında Şəmkir polisinin apardığı əməliyyat tədbiri zamanı hadisəni törədən şəxslər tutulub. Bunlar Gürcüstan Respublikasının vətəndaşı olan 1982-ci il təvəllüdlü Əliyev Rəşad Nizami oğlu və 1994-cü il təvəllüdlü Yusifov Əli Vaqif oğludur.

Rəşad Əliyev ilkin ifadəsi zamanı Gürcüstandan Şəmkirə işləmək məqsədi ilə gəldiyini və sonradan sərfəli gəlir yolu kimi oğurluğu seçdiyini deyib:

"Öz aramızda razılaşdıq və evdən qapını açmaq üçün alət götürüb getdik. Kilidi qıra bilmədik, içəriyə damdan girdik".

Əli Yusifov isə oğurluqdan sonra səhvini başa düşdüyünü və payına düşən ehtiyat hissələrini yol kənarına atdığını deyib:

"Dəqiq saya bilmədik nə qədər əşya götürmüşük. Demək olar ki, hər cür ehtiyat hissələri var idi. Mən öz payıma düşəni gecə ilə öz mışınımıza qoyub, Qanlı Qobu deyilən əraziyə aparıb tökdüm".

Hər iki şəxs barəsində Şəmikir rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət məcəlləsinin müvafiq maddələri ilə iş açılıb, istintaq aparılır.

Tarix
2015.11.24 / 18:35
Müəllif
Gülər Nəsibova
Digər xəbərlər

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

İlham Əliyev Pezeşkiana zəng etdi

AB Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla