Yuxarı

Bir fərman və 10 yüksək vəzifəli şəxs işsiz qaldı - Adlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti və Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi ləğv edilərək, yerində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. Agentliyin sədri isə "Meliorasiya və Su Təsərrüfatı"nın sədri Zaur Mikayılov təyin edilib.

Axar.az Qaynarinfo-ya istinadla bildirir ki, FHN-nin Su Ehtiyatları Agentliyindən 3, "Azərsu”dan 5, "Meliorasiya və Su Təsərrüfatı" ASC-dən 2 əsas vəzifəli şəxs vəzifəsini itirib.

Rafiq Sabir oğlu Aslanov - 2006-cı ildən "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini olub.

Zakir Quliyev - 2006-cı ildən "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini olub.

Teyyub Cabbarov, Etibar Məmmədov, Köçərli Həsənov, Seymur Seyidov, İlqar Tağıyev uzun illərdir "Azərsu” ASC-nin sədr müavinidirlər. Onların əksəriyyəti ASC-nin sabiq sədri Qorxmaz Hüseynovun əsas kadırlarından hesab olunur.

Hikmət Əhəd oğlu Məmmədov - Uzun illər hüquq mühafizə orqanlarında çalışmış, keçmiş polis işçisi 2021-ci ildən FHN Su Ehtiyatları Dövlət Agentliyinin rəisi vəzifəsində çalışır. 4 yanvar 1959-cu ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini və DİN-nin Polis Akademiyasını bitirib.

Ruslan Çoban oğlu Ağamirzəyev - FHN Su Ehtiyatları Dövlət Agentliyinin rəis müavinidir. Əməkdar mühəndisdir. BDU-nun prorektoru Əliş Ağamirzəyevin qardaşıdır.

Tarix
2023.03.31 / 00:08
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən 26 iyunla bağlı paylaşım - Foto

Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür

Azərbaycanda saxta alkoqollu içkilər aşkarlandı

Nazirlik növbəti dəfə depozit hərracı keçirdi

Tramp işarə etdi: Ukraynada hərəkətə keçir – Sensasiya

Konqodan olan tələbələr də Azərbaycana təxliyə olundu

Türkiyənin bu şəhəri COP-31-ə namizəd oldu

Məhkəmə Azər Qasımlı ilə bağlı vəsatəti təmin etmədi

Zakir Həsənov yeni generallarla görüşdü

Azərbaycan bu şəxsi Rusiyaya təhvil verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla