Yuxarı

Ev sahibini öldürən tələbə qızın müəllimi danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ev sahibini öldürən tələbə qızın müəllimi danışdı

Davranışında indiyədək heç bir nöqsana yol verməyib. Dərslərə davamiyyəti isə qaydasında olub. Qətl xəbərindən sonra universitetin müəllim heyəti şok keçirdi. Hamımız təəccüb içindəyik.

Bu sözləri Axar.az-a Sumqayıt Dövlət Universitetinin rektor köməkçisi Faiq Şirinov deyib. O, SDU-nun tələbəsi olan 1994-cü il təvəllüdlü Şərqiyyə Mehdi qızı Ramazanovanın ən yaxşı tələbələrdən olduğunu bildirib:

"Qrupda ən yaxşı oxuyan, təqaüd alan tələbələrdən biri idi. Zərbəçi tələbə olub. Universitetə isə 372 balla girib. Ailəsi Oğuz rayonunda yaşadığı üçün o, Sumqayıt şəhərində kirayədə qalırdı. Yəqin ki, cinayətə ciddi səbəb olub".

Xatırladaq ki, hadisə Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində qeydə alınıb. Orada kirayədə yaşayan 1994-cü il təvəllüdlü Şərqiyyə Mehdi qızı Ramazanova ev sahibi, 1940-cı il təvəllüdlü Səmayə Nəcəfovanı bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, hadisəni törədən tələbə qız Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi fakültəsinin 4-cü kurs tələbəsidir.

Tarix
2015.11.25 / 13:31
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

İlham Əliyev Pezeşkiana zəng etdi

AB Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla