Yuxarı

Milli Net-2015-də saytların qeydiyyatı başa çatdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milli Net-2015-də saytların qeydiyyatı başa çatdı

Bu il müsabiqəyə 14 nominasiya üzrə 374 sayt təqdim edilib.

Milli Net Təşkilat Komitəsindən Axar.az-a bildirilib ki, bu il təqdim edilən müraciətlər say etibarı ilə daha çox olub. Keçən il 322 sayt qeydiyyatdan keçdiyi halda, bu il say 374 olub.

Bu müddət ərzində saytlarını təqdim edə bilməyənlər və Milli Net TK tərəfindən müsabiqəyə buraxılmayanlar 1-ci səsvermə müddəti - noyabrın 30 tarixinədək yenidən müraciət edə bilərlər.

Müsabiqəyə təqdim edilmiş saytların qiymətləndirmə prosesi Müsabiqə Komissiyası tərəfindən aparılır. Müsabiqə Komissiyası üzvləri 15 nəfərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılır.

Müsabiqə qaydalarına uyğun olaraq səsvermə 2 mərhələdə həyata keçirilir.

Hazırda 1-ci mərhələ səsvermə prosesi başlayıb və noyabrın 30-da saat 00.00-da başa çatacaq. 1-ci mərhələ səsvermənin nəticələrinə əsasən hər bir nominasiya üzrə nominantlar müəyyən olunacaq.

Bu nominantlar içərisindən 2-ci mərhələ səsvermə nəticəsində qalib saytlar seçiləcək. 2-ci səsvermə prosesi dekabrın 2-də başlayacaq və dekabrın 11-də saat 00.00-da yekunlaşacaq.

Xatırladaq ki, Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.

Tarix
2015.11.27 / 16:45
Müəllif
Vüqar Şahinoğlu
Digər xəbərlər

Qırğızıstan prezidenti Azərbaycana gəldi

İranın haker qrupu Azərbaycana hücumu etiraf etdi

Tokayev Azərbaycana gəldi - Foto

AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirildi

Azərbaycan regionda əsas tərəfdaşımızdır - Hersoq

Lavrov Bakıya gəldi

Baxçalıdan Azərbaycanla bağlı mühüm açıqlama - Təcili

İsrail prezidenti Azərbaycana gəldi

İstanbuldakı aksiyanın sifarişçisi kimdir?

Laos AQEM-ə üzv qəbul edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla