Yuxarı

Azərbaycanlı Rusiyada tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı Rusiyada tutuldu

Azərbaycanın 10 ildir ki, beynəlxalq axtarışa verdiyi vətəndaşı Rusiyada tutulub.

ANS-in xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, 44 yaşlı azərbaycanlı Rusiya Federasiyasının Baş Polis İdarəsinin Peterburq polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, hadisə dünən axşam saatlarında Sankt-Peterburqun Xasan küçəsi, korpus 2, ev 18-də qeydə alınıb.

Hüquq mühafizə orqanları əməkdaşlarının məlumatına görə, təqsirləndirilən şəxs 2005-ci il dekabrın 17-də Azərbaycanda Cinayət Məcəlləsinin üç maddəsi - 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 218.2. (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və sair nümayəndələrinin birliyində iştirak etmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ilə ittiham edilərək beynəlxalq axtarışa verilib.

Saxlanılan şəxs artıq polis şöbəsinə gətirilib və tutulması barədə Azərbaycan hüquq-mühafizə orqanlarına məlumat verilib.

Tarix
2015.11.28 / 18:18
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

İlham Əliyev Pezeşkiana zəng etdi

AB Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla