Yuxarı

İki körpəsini öldürən qadına hökm oxundu - 20 il

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki körpəsini öldürən qadına hökm oxundu - 20 il

Bakı Ağır Cinayətlər Məhkəməsində iki körpə uşağını qətlə yetirən 1988-ci il təvəllüdlü Nəsibə Qurbanovanın cinayət işi üzrə məhkəməsi başa çatıb.

Report-un məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə həmin şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Qurbanova 20 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi bu ilin may ayında baş verib. Bakının ikinci Albalı bağ massivi 515-ci bağ evində yaşayan 1988-ci il təvəllüdlü Nəsibə Nəsib qızı Qurbanova evdə tək olarkən iki körpə uşağını boğaraq öldürüb. Qadın daha sonra öz ürəyinə bıçaqla zərbə yetirib. Qadın ağır yaralı vəziyyətdə xəstəxanaya aparılıb. Onun həyatını xilas etmək mümkün olub. Məlum olub ki, o, 2012-ci il təvəllüdlü Ayan Asif qızı Məlikzadəni və 10 aylıq körpəsi Ayşəni boğaraq öldürüb. O hadisəni yaşamaq istəməməsi və övladlarını heç kimə əmanət edə bilmədiyi üçün törətdiyini bildirib.

Tarix
2015.12.01 / 11:18
Müəllif
Axar.az
Digər xəbərlər

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla