Yuxarı

16 yaşlı qız özündən iki dəfə böyük şəxsə ərə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
16 yaşlı qız özündən iki dəfə böyük şəxsə ərə verildi

Sosial şəbəkələrdə veteran olduğu deyilən 29 yaşlı Heydərin 16 yaşlı Aynur adlı qız ilə evləndiyinə dair bir sıra məlumatlar paylaşılıb. Onlayn televiziyalardan birində canlı yayım zamanı efirə qoşulan oğlanın anası məlumatı təsdiqləyib və 16 yaşlı qıza sahib çıxdıqlarını deyərək bütün məsuliyyəti öz üzərinə götürüb.

Axar.az Oxu.Az-a istinadən xəbər verir ki, ailə Abşeron rayonu, Xırdalan şəhərində yaşayır. Toy isə 3-4 gün öncə Yasamal rayonunda yerləşən şadlıq saraylarından birində baş tutub.

Mövzu ilə əlaqədar Daxili İşlər Nazirliyinə, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu bildirib ki, daxil olan sorğu əsasında araşdırma aparılıb:

“Məlum olub ki, yetkinlik yaşına çatmayan qızın toyu Yasamal rayonunda olsa da, sakinlər Xırdalan şəhərində yaşayırlar. Məsələ ilə bağlı aidiyyəti üzrə Abşeron Rayon İcra Hakimiyyətinə və Daxili İşlər Nazirliyinə məlumat verilib. Məsuliyyəti üzərinə götürdüyünü deyən ananın Abşeron Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən aidiyyəti üzrə dəvət ediləcəyi və profilaktik söhbət aparılacağı bildirilib”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev cavab olaraq bildirib ki, toy mərasimi olduğu deyilən gənclər arasında rəsmi nikah müqaviləsi yoxdur.

Onun sözlərinə görə, vətəndaşın 16 yaşı tamam olduğu üçün sözügedən əməldə cinayət tərkibi yoxdur:

“Abşeron Rayon Polis İdarəsində faktla bağlı araşdırma davam etdirilir”.

Tarix
2023.04.27 / 20:33
Müəllif
Axar.az
Digər xəbərlər

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

Azərbaycan XİN Tunisi təbrik etdi

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

İlham Əliyev Şahbaz Şəriflə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla