Yuxarı

Qəlbinurun dükanını yardılar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəlbinurun dükanını yardılar

Abşeron rayon Xırdalan şəhərində yerləşən ticarət mərkəzlərinin birində oğurluq hadisəsi baş verib.

Axar.az xəbər verir ki, mebel satışı ilə məşğul olan Qəlbinur Səfərovun mağazasından 8 min manat dəyərində mebel oğurlanması barədə Abşeron Rayon Polis Şöbəsinə müraciət edib.

Aparılan araşdırma zamanı Abşeron rayon polisi cinayəti törətməkdə şübhəli bilinən iki nəfəri yaxalayıb.

Saxlanılan Rəşad Məmmədov eyni əmələ görə Rusiya Federasiyasında da məhkumluq həyatı yaşayıb. Onun sözlərinə görə, onu ikinci dəfə bu əmələ tanışı Tural sövq edib:

"İşdən çıxmışdım, pulsuz qalmışdım. Tural mənə zəng edib dedi ki, bir divan var, gəl kömək elə, bunu bibimgilə aparaq. Bunu aparandan sonra mən bildim ki, divan oğurluqdur. Aparmışıq divanı, bibisigilə qoymuşuq. Mənə oradan 30 manat çatıb. İkinci dəfə Tural mənə zəng etdi ki, yenə divan var, gəl bunları aparaq. Oğurluq olduğunu da dedi. Məndə də vəziyyət pis idi, kasıbçılıq idi deyə, getdim".

Əməliyyatçılar digər oğrunu Qazax rayonunda yaxalayıblar. Gürcüstana qaçmaqla məsuliyyətdən yayınmaq istəyən Tural Ağarzayev dindirilərkən mebel dükanından oğurluğunu etiraf edib.

O, oğurluq malların satışından əldə etdiyi 5 min manatı Rəşadla birgə xərclədiyini desə də, Rəşad bununla razılaşmayıb.

Faktla bağlı cinayət işi açılıb.

Tarix
2015.12.03 / 15:36
Müəllif
Gülər Nəsibova
Digər xəbərlər

Azərbaycan və Ermənistan şirkətləri müqavilə imzaladı: İnternet...

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi - Foto

Prezidentlərin geniş tərkibdə görüşü oldu - Foto

Prezidentlərin təkbətək görüşü oldu

Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi oldu - Foto

Sərdar Berdiməhəmmədov Azərbaycanda səfərdədir

Bakı ilə Xəzərdə əməkdaşlığı gücləndirmək istəyirik - Meredov

Yəmən Nümayəndələr Palatasının sədri Bakıya gəldi

İlham Əliyev İordaniya nümayəndə heyəti ilə görüşdü

Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla