Yuxarı

“Cəbhə xətti” müsbət qiymətləndirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Cəbhə xətti” müsbət qiymətləndirildi

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin həyata keçirdiyi "İnternet media resurslarından istifadədə Qarabağ həqiqətlərinin düzgün təbliği" layihəsi çərçivəsində dəyirmi masa keçirilib.

Axar.az xəbər verir ki, dəyirmi masada internet media resurslarının Qarabağ münaqişəsi ilə bağlı yazılarının monitorinqi barədə hesabat təqdim edilib.

Tədbiri giriş sözü ilə açan Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədri Asəf Quliyev bildirib ki, internet media resurslarında Qarabağ mövzusunun işıqlandırılması ilə bağlı iki ay müddətində Qafqazinfo.az, Lent.az, Axar.az, Modern.az saytlarının monitorinqi aparılıb:

"Həmçinin Feysbuk sosial şəbəkəsində müəyyən analizlər edilib. Monitorinqlər pilot olaraq həyata keçirilir".

A.Quliyev bu layihənin keçirilmə səbəblərinə aydınlıq gətirib:

"Qarabağ müharibəsi dövründə bir dəfə belə bir informasiya verildi ki, Ağdamda Vəzirovun villasını vurublar. Sonradan həmin yerin tarixi Şahbulaq qalası olması üzə çıxdı. Belə tipli informasiyalardan ermənilər istifadə edərək Dağlıq Qarabağın Azərbaycan torpaqları olmadığnı isbatlamağa çalışırlar".

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli də MŞ tərəfindən belə tipli monitorinqlərin aparıldığını diqqətə çatdırıb:

"Hətta bəzən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilən informasiyalarda belə əleyhimizə işləyən məqamlara rast gəlinir. Belə hallar Avropa Oyunları dövründə də müşahidə edilib".

Monitorinqin nəticələrinə əsasən, parlament seçkilərindən əvvəl 1 ay müddətində 23548 informasiyaların yer aldığı açıqlanıb. Axar.az Dağlıq Qarabağ mövzularına aid materialların verilməsində Qafqazinfo.az və Lent.az ilə birlikdə ilk üçlükdə qərarlaşıb. Axar.az-ın 1 ay müddətində 6.246 informasiyasından 170-i Qarabağ münaqişəsi mövzusunda olub.

Bununla yanaşı Axar.az-ın "Cəbhə xətti" layihəsi və Lent.az-ın "Əsir düşərgəsi" layihələri müsbət qiymətləndirilib.

Tarix
2015.12.03 / 18:37
Müəllif
Vüqar Şahinoğlu
Digər xəbərlər

İranın haker qrupu Azərbaycana hücumu etiraf etdi

Tokayev Azərbaycana gəldi - Foto

AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirildi

Azərbaycan regionda əsas tərəfdaşımızdır - Hersoq

Lavrov Bakıya gəldi

Baxçalıdan Azərbaycanla bağlı mühüm açıqlama - Təcili

İsrail prezidenti Azərbaycana gəldi

İstanbuldakı aksiyanın sifarişçisi kimdir?

Laos AQEM-ə üzv qəbul edildi

Kazım Qəribabadi Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla