Yuxarı

MTRŞ telekanallara xəbərdarlıq etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MTRŞ telekanallara xəbərdarlıq etdi

Bu gün Milli Televiziya və Radio Şurasında teleradio yayımçılarının nümayəndələri ilə görüş keçirilib.

Axar.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı televiziya və radioların nümayəndələrinə dekabrın 6-da Azərbaycanda matəm günü olmasına baxmayaraq efirə reklam verdiklərinə görə irad tutulub, müvafiq tövsiyələr verilib.

"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədi ilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2015-ci il tarixli Sərəncamına uyğun olaraq 2015-ci il dekabrın 6-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilib. Matəm günündə Space TV, Xəzər TV, ANS ÇM, Jazz FM, Anten FM, Araz FM tərəfindən "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinin tələbləri pozulub, yayımçılar tərəfindən reklam blokları yayımlanıb. 7 dekabr 2015-ci il tarixdə Space TV, Xəzər TV, ANS ÇM, Jazz FM, Anten FM, Araz FM-in proqram üzrə məsul şəxsləri Milli Televiziya və Radio Şurasına dəvət edilmiş və pozuntularla bağlı yayımçılara irad tutulmuş, müvafiq tövsiyələr verilib", - MTRŞ-dan bildirilib.

Tarix
2015.12.07 / 17:33
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla