Yuxarı

Niderlandda Azərbaycan söhbəti - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Niderlandda Azərbaycan söhbəti - Foto

Niderlandda fəaliyyət göstərən "Konnekt" təşkilatının sədri Vüqar Abbasov adıçəkilən ölkənin "Sçouven-Duiveland" radiosunda, jurnalist Vim de Valkın verilişində qonaq olub.

Vüqar Abbasovun Axar.az-a verdiyi məlumata görə, təxminən 20 dəqiqə çəkən proqramda Azərbaycanın 1918-ci ildə Şərqdə, müsəlman ölkələri içərisində ilk demokratik respublikanı qurmasından, 1920-ci ildə bolşeviklərin Azərbaycanı işğalından başlamış bugünkü günümzə qədər qısa söhbət edilib:

"Azərbaycanın Sovet İttifaqında qalmaq istəməməsini və 1988-ci ildə mintinqlərin başlanmasını, 20 yanvar 1990-cı ildə Sovet qoşunlarının ölkəmizdə insanları qırmasını, daha sonra Ermənistanla aramızda yaranmış problemi, Ermənistanın Rusiyanın köməkliyi ilə Dağlıq Qarabağı, ümumilikdə 20% torpağımızı işğal etməsini və bu günə qədər də torpaqlarımızın işğalda olduğunu dinləyicilərin diqqətinə çatdırdım. Bundan başqa, Azərbaycanda bütün din mənsublarının bərabər, dostluq içərisində yaşadığını, bu baxımdan ölkəmizdə heç bir problem olmadığını xüsusi vurğuladım. Azərbaycanın həm də turistlər üçün cəlbedici bir ölkə olduğuna diqqət çəkdim. Yeni yaradılmış təşkilatımız, "Konnekt" barədə də söhbət etdik və iki ölkənin iş adamlarının görüşlərini təşkil etməyin də təşkilatımızın planlarına daxil olduğunu bildirdim. Mənə ayrılmış vaxtdan istifadə edərək həm Azərbaycan, həm də təşkilatımız barədə dinləyiciləri məlumatlandırmağa çalışdım. Sonda Vim de Valka Azərbaycan haqqında kitab bağışladım..."

Tarix
2015.12.08 / 17:29
Müəllif
Gülər Nəsibova
Digər xəbərlər

Konqres Azərbaycana dair 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla