Yuxarı

“Məhkəmə 81 nəfərin hüquqlarını əsas götürəcək”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Məhkəmə 81 nəfərin hüquqlarını əsas götürəcək”

81 nəfərin ümumilikdə 38 milyon manatdan çox pulunu mənimsəyən "Texnikabank"ın Bakı filialının rəhbəri Zal Yusifovun işi üzrə məhkəmənin vaxtı açıqlanıb. Proses Bakı Apelyasiya Məhkəməsində keçiriləcək. İş hakim Əmir Bayramovun icraatına verilib və ilk iclas dekabrın 15-nə təyin edilib.

Prosesin başlanmasına səbəb Zal Yusifovun atası Zakir Yusifovun iddia qaldırması olub. Zakir Yusifov iddia edib ki, məhkəmənin qərarı ilə müsadirə olunan əmlaklar oğlu Zal Yusifova yox, onun özünə məxsusdur. Bu iddia ilə Ali Məhkəməyə müraciət edən Zakir Yusifov növbəti dəfə işin yenidən apelyasiya instansıyasında araşdırılmasına nail olub.

Qeyd edək ki, Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum olunan Zal Yusifov istər istintaq dövründə, istərsə də məhkəmə araşdırması zamanı əmlakların özünə məxsus olduğunu bildirib. Buna görə də istintaq orqanı həmin əmlakın üzərinə həbs qoyulması barədə qərar qəbul edib, Ağır Cinayətlər Məhkəməsi də həmin əmlakların müsadirə olunmasına qərar verib.

Vəkillər Kollegiyasının üzvü Aqil Layıcov "Gündəlik Teleqraf"a açıqlamasında bildirib ki, Zal Yusifovun əməlləri cinayət işi üzrə tam sübuta yetirilib. Hüquqşünas bildirib ki, hazırda işin mülki hissəsi araşdırılır. Onun sözlərinə görə, iş üzrə dəymiş maddi ziyan var, həmin ziyan da ödənilməlidir.

Bundan əvvəl işin iki dəfə Ali Məhkəmə tərəfindən apelyasiya instansiyasına qaytarılmasına diqqət yetirən hüquqşünas bildirib ki, Bakı Apelyasiya Məhkəməsində iş yenidən araşdırılacaq:

"Ümid edirəm ki, bu dəfə də məhkəmə 81 nəfərin hüquqlarını əsas götürəcək və Zakir Yusifovun şikayətini təmin etməyəcək. Belə olan halda növbəti dəfə Ali Məhkəməyə müraciət edilsə belə, iş geri qaytarılmayacaq. Bir işə görə nə qədər məhkəmədə eyni məsələ araşdırıla bilər?"

Hacı Zeynalov

Tarix
2015.12.09 / 14:44
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdan Ermənistana buğda və taxıl göndərildi

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

Ərdoğan Bakıdakı bu tədbirin iştirakçılarına məktub ünvanladı

Nizaminin abidəsinə qarşı hörmətsizlik... - Səfirlik

Paşinyandan Bakı və Ankara açıqlaması

Ermənistanda siyasi gərginlik təhlükəli mərhələyə daxil olub

Netanyahunun DNT nəticəsi açıqlandı: iranlı imiş - Foto

İlham Əliyev onlara müraciət ünvanladı

Zəngəzur dəhlizi mütləq inşa ediləcək - Prezident

Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla