Yuxarı

Azərbaycanlı avtoritet vəhşicəsinə öldürüldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı avtoritet vəhşicəsinə öldürüldü

Rusiyada azərbaycanlı kriminal avtoritet qətlə yetirilib.

APA-nın verdiyi məlumata görə, Voronej şəhərində yerləşən "Lesnaya skazka" adlı kafedə Azərbaycandan olan 37 yaşlı kriminal avtoritet odlu silahdan açılan atəş nəticəsində öldürülüb.

Azərbaycanlının qatilinin axtarışları davam etdirilir. Rusiya İstintaq Komitəsinin Voronej üzrə İdarəsindən bildiriblər ki, faktla bağlı Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qətlin necə törədildiyi və azərbaycanlı kriminal avtoritetin kimliyi barədə ətraflı məlumat verilmir.

"RİA Voronej" saytı azərbaycanlı kriminal avtoritetin həmyerliləri ilə aralarında baş verən gərginlik nəticəsində qətlə yetirilməsi haqqında məlumat yayıb. Bildirilib ki, hadisənin baş verdiyi kafedə azərbaycanlı kriminal avtoritet mübahisəli məsələni həll etmək üçün həmyerliləri ilə görüşüb. Kafenin ehtiyat çıxışından çıxan zaman ona atəş açılıb. Sonra isə onun sifəti və başı tanınmaz hala salınıb. Qatillər hadisə yerindən öz avtomobilləri ilə uzaqlaşıblar.

Tarix
2015.12.12 / 13:54
Müəllif
Axar.az
Digər xəbərlər

Sərdar Berdiməhəmmədov Azərbaycanda səfərdədir

Bakı ilə Xəzərdə əməkdaşlığı gücləndirmək istəyirik - Meredov

Yəmən Nümayəndələr Palatasının sədri Bakıya gəldi

İlham Əliyev İordaniya nümayəndə heyəti ilə görüşdü

Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla