Yuxarı

Qısqanc ər arvadını və özünü öldürdü - Bakıda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qısqanc ər arvadını və özünü öldürdü - Bakıda

Bu gecə Bakının Binəqədi rayonunda baş vermiş dəhşətli cinayətin təfərrüatı məlum olub.

Axar.az Lent.az-a istinadla xəbər verir ki, 1976-cı il təvəllüdlü Samir Axundov keçmiş həyat yoldaşı, 28 yaşlı Gülnar Axundovanı qısqanclıq zəminində qətlə yetirib.

Hadisə Gülnar Axundovanın ərindən ayrıldıqdan sonra 8 mikrorayondakı Nizami Nərimanov küçəsində yaşadığı evdə baş verib. Ötən gün keçmiş arvadının yaşadığı binanın qarşısına gələn S.Axundov binanın blokunda onunla mübahisə edib. Bu zaman S.Axundov özü ilə gətirdiyi bıçaqla keçmiş həyat yoldaşına bir neçə zərbə endirərək onu öldürüb. Daha sonra piyada şəkildə hadisə yerindən uzaqlaşan 39 yaşlı Samir 7-ci mikrorayon ərazisinə gəlib və buradakı 17 mərtəbəli binaya çıxaraq özünü atıb. O, hadisə yerindəcə keçinib.

Qeyd edək ki, Axundovlar ailəsinin 1 azyaşlı övladı qalıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Tarix
2015.12.15 / 10:46
Müəllif
Axar.az
Digər xəbərlər

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

İlham Əliyev Pezeşkiana zəng etdi

AB Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla