Yuxarı

Dərmanların içlik vərəqələri niyə xarici dildədir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dərman vasitələri üçün içlik vərəqələrinin Azərbaycan dilində olması tələbi idxalçılar üçün müəyyən çətinliklər yaradır.

Bu barədə Axar.az-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, bəzi hallarda xarici dərman şirkətləri Azərbaycan dilində içlik vərəqələri hazırlamaqda maraq göstərmirlər:

"Bu baxımdan, "Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə dil məhdudiyyətinin aradan qaldırılması, həmçinin türk, rus və digər dillərdə də içlik vərəqələrinin qəbul olunması məqsədəmüvafiq hesab edilir. Bu təklif bəzi ekspertlər və əhalini müəyyən təbəqəsi tərəfindən düzgün dəyərləndirilməyib və bir sıra yanlış açıqlamalara səbəb olub.

Vurğulanıb ki, sözügedən məsələ apteklərdən dərman alan əhali üçün heç bir narahatlıq yaratmayacaq. Belə ki, qanuna təklif edilən dəyişikliklərdə dərman vasitəsinin qeydiyyat vəsiqəsinin sahibi tərəfindən xarici dildə olan içlik vərəqəsinin Azərbaycan dilinə tərcümə edilərək, notariusda təsdiq edilmiş variantının Səhiyyə Nazirliyinin müvafiq qurumuna təqdim olunması nəzərdə tutulur. Həmin məlumat xüsusi yaradılacaq elektron bazaya yüklənəcək".

Analitik Ekspertiza Mərkəzindən qeyd olunub ki, bu zaman istənilən alıcının dərman vasitəsini əldə etdiyi aptekdən dərman içliyini tələb etmək imkanı yaranır: "Vətəndaşın tələbinə əsasən əczaçı xüsusi yaradılacaq elektron sistemdən konkret dərman vasitəsinin içliyini çap edərək, vətəndaşa təqdim edə biləcək".

Tarix
2023.06.21 / 19:28
Müəllif
Axar.az
Digər xəbərlər

Petrosyanın bu çıxışı ilə bağlı bəyanat yayıldı

Rusiyada 2025-də nələr olacaq? – Real ssenari

“Made in China 2025” işə düşdü - Qərb narahatdır

AZAL təyyarəsini vuran "Pantsir" ekipajı dindirildi

AZAL təyyarəsinin qara qutularının təhlilinə başlanıldı

AB də Suriyaya tələsdi, şərt qoydu: Türkiyənin planı nədir?

Petrosyanın şok çıxışı: Azərbaycanlıları qovduq ki... – Video

Bakı İrandan sonra Rusiyaya xəbərdarlıq etməlidir – Səbəb

Berbok və Barronun Suriyaya “biz də varıq” səfəri…

Sərhəddə toqquşma: Pekin niyə narahatdır?

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla