Yuxarı

Diaspor rəhbərinin qatili Lənkəranda tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Diaspor rəhbərinin qatili Lənkəranda tutuldu

Ukraynada axtarışda olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Cinayət Axtarışı Baş İdarəsi və Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ukrayna Cinayət Məcəlləsinin 187-ci maddəsi (quldurluq) ilə axtarışda olan İlham Məmmədov tutulub.

Qeyd edək ki, bir müddət əvvəl Ukraynanın Xerson vilayəti üzrə Azərbaycanlılar Konqresinin sədr müavini, iş adamı İlham Tağıyevin qətlində təqsirləndirilən İlham Məmmədov beynəlxalq axtarışa verilib. Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 1973-cü il təvəllüdlü İlham Məmmədov mütəşəkkil dəstə tərəfindən törədilən oğurluq və digər ağır cinayətlərdə təqsirləndirilir. O, Ukraynadan qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

Xatırladaq ki, bu il avqust 17-də İlham Tağıyev evinin qarşısında döyülərək qətlə yetirilib. Onun qətlində iştirak edən dəstənin üzvləri, 1992-ci ildə Luqanskda doğulmuş Allahverdiyev Naim Balakişi oğlu, milliyyətcə erməni olan Sergey Karapetyan və Xaçik Montiyan milis tərəfindən saxlanılıblar. Lakin dəstənin digər üzvü, 1973-cü il təvəllüdlü Məmmədov İlham Qalib oğlu ölkədən qaçıb. Onun İranda gizləndiyi ehtimal olunurdu.

Tarix
2015.12.15 / 12:58
Müəllif
Axar.az
Digər xəbərlər

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

İlham Əliyev Pezeşkiana zəng etdi

AB Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla