Yuxarı

ANS MTRŞ-ni Ali Məhkəməyə verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ANS MTRŞ-ni Ali Məhkəməyə verdi

ANS Yayım və Media Şirkəti ilə Milli Televiziya və Radio Şurası (MTRŞ) arasında məhkəmə çəkişməsi davam edir. Şirkət bu dəfə Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət edib.

Bu barədə Report-a ANS-in hüquqlarını müdafiə edən vəkil Muxtar Mustafayev məlumat verib.

O bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət olunub: "Biz bir neçə gündür ki, Ali Məhkəməyə şikayət göndərmişik. Lakin hazırda məhkəmənin tarixi bəlli deyil".

Qeyd edək ki, MTRŞ bir müddət əvvəl ANS televiziyasının efirində yayımlanan "Salam, Azərbaycan" proqramında vətəndaşların Azərbaycan Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, insanların şərəf və layəqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə, birtərəfliyə yol verildiyini, sponsorluqla bağlı qanunvericiliyin tələblərinin pozulduğunu nəzərə alaraq, ANS televiziyasının efirində yayımlanan "Salam, Azərbaycan" proqramının yayımının 6 oktyabr 2015-ci il tarixdən etibarən 10 gün müddətinə dayandırılması barədə qərar qəbul etmişdi.

ANS həmin qərarın ləğv edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə teleradio şirkətinin apellyasiya şikayətini təmin etməyib.

Tarix
2015.12.16 / 17:15
Müəllif
Axar.az
Digər xəbərlər

Konqres Azərbaycana dair 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla