Yuxarı

MTRŞ telekanallarda monitorinqlərə başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MTRŞ telekanallarda monitorinqlərə başlayır

Milli Televiziya və Radio Şurası (MTRŞ) regionlarda fəaliyyət göstərən televiziya kanallarında, eləcə də ölkədə fəaliyyət göstərən radiolarda Azərbaycan dilindən istifadə, ədəbi dilin qorunması vəziyyətini öyrənmək üçün monitorinqlər aparacaq.

Bu barədə Report-a Şuranın sədr müavini Qafar Cəbiyev məlumat verib.

O bildirib ki, monitorinq region telekanallarında və radiolarda ayrı-ayrılıqda aparılacaq: "Məntiqlə ədəbi dilin qaydalarının pozulması halları bütün yayımçılarda var. Amma bunu ortaya qoymaq üçün rəsmi faktlara ehtiyac var. Ona görə də monitorinqlər aparılır. Monitorinqlərin aparılması üçün sahə üzrə mütəxəssislər cəlb olunur".

Q.Cəbiyev onu da bildirib ki, dillə bağlı aparılan monitorinqlərdən heç bir yayımçı kənarda qalmayacaq. Onun sözlərinə görə, gələcəkdə dövlət büdcəsindən maliyyələşən yayımçıların hər biri monitorinqlərə cəlb olunacaq.
Şura sədrinin müavini onu da bildirib ki, əvvəlki monitorinqlərin nəticələrindən çox narazılıq edən televiziya kanalları, aparıcılar zamanla öz nitqlərində düzəliş etməyə başladılar: "Monitorinqlərdən sonra efirdə ədəbi dilin qaydalarının pozulması halları azalmağa başlayıb və bu sahədə müsbət irəliləyiş nəzərə çarpır".

Tarix
2015.12.17 / 10:57
Müəllif
Axar.az
Digər xəbərlər

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla