Yuxarı

Bakıda tələbə qız niyə özünü asdı? - Təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda tələbə qız niyə özünü asdı? - Təfərrüat

Bakıda intihar edən tələbə qız özünə qapalı, ünsiyyətdən uzaq biri olub.

Bu barədə Axar.az-ın əldə etdiyi məlumatda deyilir.

1995-ci il təvəllüdlü Çiçək Xəlilli Bakı Dövlət Universitetində təhsil alırmış. İntihar etdiyi gün mobil telefonunu söndürüb, Votsap proqramını silib, Feysbuk səhifəsini bağlayıb və bütün əlaqələrini kəsib.

O, ilk dəfə dərsə getməyib və tələbə yoldaşları da bundan şübhələniblər. Dərslərdən heç zaman geri qalmayan Çiçəyin elə həmin gün özünü asdığı xəbəri yayılıb.

Tələbə yoldaşlarının sosial şəbəkələrdə yazdığı şərhlərdən belə qənaətə gəlmək olar ki, Çiçək ünsiyyətə meylli adam deyilmiş, onlarla davamlı təması olmayıb.

Şərhlərin birində isə onun hər şeydən bezdiyi qeyd olunub. Amma tələbənin intiharının əsl səbəbi müəmmalı olaraq qalır.

Hadisə Biləcəri qəsəbəsində yerləşən hərbi şəhərcikdə qeydə alınıb. Orada yaşayan Çiçək şəhərciyin həyətindəki yarımtikilidə özünü asıb.

Tarix
2015.12.17 / 15:09
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

İlham Əliyev Pezeşkiana zəng etdi

AB Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla