Yuxarı

Prezidentin təyin etdiyi yeni rəis kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:54

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi təyin edilib.

Axar.az xəbər verir ki, 47 yaşlı Mirsaleh Seyidov penitensiar sistemdə böyük iş təcrübəsi olan kadrlardandır.

O, 1998-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini beynəlxalq hüquq ixtisası üzrə bitirib.

Yeni vəzifəyə təyin olunanadək Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi vəzifəsini tutan ədliyyə polkovniki M.Seyidov daha əvvəl bir sıra cəzaçəkmə müəssisələrinə rəhbərlik edib.

O, 10 və 15 saylı cəzaçəkmə müəssisələrinin rəisi vəzifələrində də çalışıb.

Həmçinin 2018-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Tarix
2023.07.10 / 14:53
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan hava məkanı Ermənistan üçün açıqdır?

Bu gün tarixi hadisə yaşanacaq: 13-cü dövlət, Yaxın Şərqdə...

Rusiya özündən 412 dəfə kiçik ölkəyə uduzur

Azərbaycan Qafqazda sülh üçün tarixi fürsət yaratdı - Bəyanat

Tramp Azərbaycanı “İbrahim razılaşması”na cəlb etmək istəyir

Azərbaycana böhtan atanlar siz deyildinizmi? - Ərdoğan

Pərviz Yusifov nazirin müşaviri təyin olundu

Azərbaycanda Qızıl Xaç Komitəsinin fəaliyyəti dayandırılır

Baş nazir İqtisadi Şuranın iclasını keçirdi

Rusiyanın rəsmi şəxslərinin bu davranışları yolverilməzdir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla