Yuxarı

9 aylıq hamilə qadına işgəncə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
9 aylıq hamilə qadına işgəncə verildi

Azərbaycanda 9 aylıq hamilə qadın ağır vəziyyətdə Azərbaycan Uşaq Birliyinə məxsus sığınacağa yerləşdirilib. Onun işgəncəyə məruz qaldığı ehtimal olunur.

Bu barədə Publika.az-a Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. Onun sözlərinə görə, qadının vəziyyəti çox ağırdır və danışa bilmir:

"Bizə gəlməmişdən əvvəl 3 gün xəstəxada yatıb. Hazırda da çox bərbad durumdadır, bizə heç nə danışa bilmir. ANS telekanalına müraciət edib və oradan bizə yönəldiblər. Sənədlərinə baxmışam, Bakıda yaşayan deyil, bura regiondan gəlib. Amma onun haradan gəlməsi, adı-soyadı ilə bağlı məlumat verə bilmərik. Çünki, ola bilər ki, ona qarşı hansısa zorakılıq faktı olsun. Bəlkə də, həyatı üçün təhlükə var".

K.Ağazadə bildirib ki, xüsusi polis qurumuna qadınla bağlı məlumat verilib və onunla bağlı araşdırma aparılacaq.

Tarix
2015.12.19 / 15:29
Müəllif
Axar.az
Digər xəbərlər

Bakının bu görüşlərə tamhüquqlu iştirakçı kimi qoşulması...

İlham Əliyev "Manas" ordeni ilə təltif edildi - Foto

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gəlir

Azərbaycan Qırğızıstana nələr satıb? – 24 ədəd maşın...

Liderlərin Çolpon-Ata şəhərində qeyri-rəsmi görüşü keçirildi

Prezident və xanımının şərəfinə dövlət ziyafəti verildi

Prezidentlərin iştirakı ilə iclas keçirildi - Foto

İlham Əliyev qırğız həmkarını Azərbaycana dəvət etdi

Ölkələr arasında imzalanmış sənədlər mübadilə edildi

Japarov Nizami Gəncəvidən sitat gətirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla