Yuxarı

Eynulla Fətullayev ANS-ə gedir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Eynulla Fətullayev ANS-ə gedir

Tanınmış jurnalist Eynulla Fətullayev "Haqqin.az" saytının baş redaktoru vəzifəsindən istefa verib.

Azərfaks xəbər verir ki, bu barədə onun özü redaksiya heyətinin dekabrn 22-də keçirilmiş iclasında deyib. E.Fətullayev bildirib ki, rəhbərlik etdiyi media orqanlarının reklam və menecment işlərinin təkmilləşdirilməsinə zərurət yarandığından, o, bundan sonra daha çox təşkilati işlərlə məşğul olacaq. "Haqqın.az" saytnın müəlliflərindən biri kimi də fəaliyyət göstərəcəyini deyən E.Fətullayev öz yerini 22 yaşlı gənc jurnalistə - Murad Səmədova təhvil verib. O, bundan əvvəl saytın informasiya şöbəsinə rəhbərlik edib. E.Fətullayev yeni baş redaktorun istedadlı jurnalist olduğunu və onun parlaq gələcəyinə inandığını deyib.

İclasda o da məlum olub ki, E.Fatullayev növbəti ilin ilk ayından etibarən ANS telekanalında yeni layihəyə start verəcək.

"Hələlik detallar barədə danışmaq istəmirəm. Mənə elə gəlir ki, televiziyaya qayıtmağım maraqlı hadisə olacaq", - deyə E.Fətullayev bildirib.

Tarix
2015.12.23 / 09:29
Müəllif
Axar.az
Digər xəbərlər

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla