Bakıda restoranda silahlı
insident törədən digər şəxs də tutulub.
Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Zaqatala rayon sakini
Samir Epdiyev tutularaq istintaqa təhvil verilib.
Qeyd edək ki, dekabrın 21-də saat 23.00 radələrində Qaradağ
rayonunun Lökbatan qəsəbəsində yerləşən "Zeytə" restoranında Bakı
şəhər sakini Məhərrəm Ə/liyev və Samir adlı şəxs qəsəbə sakinləri
Ədalət Həsənov, oğlu Orxan, Mehrab Əliyev, Cəmil Həmidov, Nazim
Kərimov və Rafiq Kərimovla mübahisə etdikdən sonra M.Əliyev
"Vinçestr" markalı tüfəngdən atəş açaraq onlara müxtəlif dərəcəli
bədən xəsarəti yetirib hadisə yerini tərk ediblər.
Bakı şəhər Prokurorluğundan verilən məlumata görə, faktla bağlı
Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci
(iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 221.1
(xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.
Həyata keçirilən tədbirlər nəticəsində hadisənin əsas
iştirakçısı Məhərrəm Əliyev tutulub.
Məhərrəm Əliyev Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər
İdarəsinin rəisi Fəxrəddin Əliyevin oğludur. F. Əliyev məlum hadisə
ilə bağlı tutduğu vəzifədən azad edilib.