Yuxarı

ANS 161 min manat cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ANS 161 min manat cərimələndi

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Şuradan Axar.az-a verilən məlumata görə, iclasda ANS ÇM radiosunun yayımı zamanı "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun və "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar 09 dekabr 2011-ci il tarixdə tərtib edilmiş və "ANS Müstəqil Yayım və Media Şirkətinə" göndərilmiş TR 15, TR 16, TR 17, TR 18, TR 19, TR 20, TR 21, TR 22, TR 23, TR 24, TR 25, TR 26, TR 27 saylı, 10 dekabr 2015-ci il tarixdə tərtib edilmiş "ANS Müstəqil Yayım və Media Şirkətinə" göndərilmiş TR 28, TR 29, TR 30, TR 31, TR 32, TR 33, TR 34, TR 35 saylı, 11 dekabr 2015-ci il tarixdə tərtib edilmiş "ANS Müstəqil Yayım və Media Şirkətinə" göndərilmiş TR 36, TR 37, TR 38, TR 39, TR 40 saylı inzibati protokollar üzrə inzibati xətalara dair işlərə baxılıb.

ANS ÇM radiosunun yayımı zamanı "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinin və "Reklam haqqında" Qanunun 20.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar "ANS Müstəqil Yayım və Media Şirkəti" Milli Televiziya və Radio Şurasının 12/1 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/2 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/3 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/4 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/5 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/6 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/7 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/8 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/9 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/10 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/11 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/12 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/13 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/14 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/15 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/16 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/17 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/18 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/19 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/20 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/21 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/22 saylı qərarına əsasən 8000 (səkkiz min) manat, 12/23 saylı qərarına əsasən 8000 (səkkiz min) manat, 12/24 saylı qərarına əsasən 8000 (səkkiz min) manat, 12/25 saylı qərarına əsasən 8000 (səkkiz min) manat, 12/26 saylı qərarına əsasən 8000 (səkkiz min) manat, ümumilikdə isə 161 000 (yüz altmış bir min) manat məbləğində cərimə edilib.

Şura iclasında, həmçinin "Speys" televiziyasında yayımlanan "Sevimli şou" və "Məhəbbət əhvalatları" verilişləri müzakirə edilib, həmin verilişlərin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, efir mədəniyyətinə zidd olduğu xüsusi vurğulanıb. Eyni zamanda, bu cür verilişlərin tamaşaçıların haqlı narazılığına səbəb olduğu qeyd edilib. "Speys" televiziyasında yayımlanan "Sevimli şou" və "Məhəbbət əhvalatları" verilişlərində teleradio fəaliyyətinin əsas prinsiplərinin, proqrama verilmiş tələblərin pozulduğu nəzərə alınaraq "Speys" televiziyasına xəbərdarlıq elan edilib.

Tarix
2015.12.23 / 17:13
Müəllif
Axar.az
Digər xəbərlər

Konqres Azərbaycana dair 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla