Bərdədə müəmmalı ölüm hadisəsi baş verib.
ANS-in məlumatına görə, hadisə rayonun Ərəblər
kəndində qeydə alınıb. Kənd sakini Muxtar Hüseynovla həmkəndlisi 62
yaşlı Asif Mustafayev mübahisə edib. Asif Mustafayevin oğlunun
sözlərinə görə, mübahisə uşaqların arasındakı dava nəticəsində
yaranıb. Valideynlərin qarışması isə mübahisənin daha da böyüməsinə
səbəb olub. İntiqam Mustafayevin sözlərinə görə, Muxtar əvvəlcə
onun qardaşını avtomobillə vurub.
"Vurandan sonra düşüb, kişinin
yaxasından tutub, yumruqlayıb. Yerə uzadıb qaçdılar. Təcili tibbi
yardım maşını gəldi, dedi ki, kişi ölüb. Biz tərpətmədik, elə burda
keçindi",- deyə mərhumun oğlu İntiqam Mustafayev
bildirib.
Kənd sakinlərinin sözlərinə görə, Asif Mustafayev əvvəllər
infarkt keçirib. Bərdə rayon prokurorluğunun və polis şöbəsinin
əməkdaşları da hadisənin baş verdiyi əraziyə baxış keçiriblər.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji
Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb. Baş vermiş
ölümlə bağlı rayon prokurorluğunda aradırma başlanıb. Asif
Mustafayevin dəqiq hansı səbəbdən öldüyü isə aradırmalardan sonra
məlum olacaq.