Yuxarı

Gömrükdə narkotik əməliyyatı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gömrükdə narkotik əməliyyatı

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları ayrı-ayrı vaxtlarda İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısını alıb.

Bu barədə Axar.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

İdarənin Qoşa Təpə gömrük postunda İran vətəndaşı Aghazadeh Mohammad Abolfazlın üzərində şəxsi yoxlama zamanı ondan xalis çəkisi 2,35 qram olan həşiş qətranı, Azərbaycan vətəndaşı Vüqar Quliyevin üzərində şəxsi yoxlama zamanı isə onun daxili orqanından (düz bağırsağından) üç ədəd bükümdə, ümumi xalis çəkisi 43,4 qram olan heroin aşkar edilib.

Bundan başqa, Azərbaycan vətəndaşı Tahir Hüseynovun idarə etdiyi "Mersedes Benz Actros" markalı yük avtomobilində xidməti itin tətbiqi ilə baxış zamanı avtomobilin kabinəsində xalis çəkisi 0,405 qram olan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb. Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in I Siyahısına daxildir.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Tarix
2015.12.30 / 11:47
Müəllif
Axar.az
Digər xəbərlər

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

İlham Əliyev Pezeşkiana zəng etdi

AB Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla