Yuxarı

1-ci sinfə hazırlıqla bağlı yeni - Qanun

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
1-ci sinfə hazırlıqla bağlı yeni - Qanun

Azərbaycanda birinci sinifə gedəcək uşaqların məktəbə hazırlığının zəruri olması ilə bağlı tələb yeni qanuna daxil edilib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev Trend-ə bildirib ki, bu məsələ yeni hazırlanan "Məktəbəqədər təhsil haqqında" qanun layihəsində nəzərdə tutulur.

Onun sözlərinə görə, bağçalarda uşaqların məktəbə hazırlığı zəruridir: "Bəzən buradan bir fikir irəli gəlir ki, əgər uşaq hər hansı bir hazırlıq keçməyibsə, məktəbə qəbul edilə bilməz. Bu düzgün fikir deyil, çünki burada söhbət icbarilikdən getmir, zərurilikdən gedir. Zərurilik də odur ki, dövlət uşaqların 5 yaşından məktəbə hazırlığını öz üzərinə götürür. Uşaqların o yaş dövründə hərtərəfli inkişafını məktəbəqədər təlim və tərbiyə müəssisəsində elə təşkil etmək olar ki, uşağın bütün qabiliyyətləri və imkanları, potensialı aşkar edilə bilər və onun inkişaf etdirilməsi üçün münbit şərait yaradıla bilər".

Qeyd edək ki, indiyə qədər uşaqların məktəbəqədər hazırlığı ilə bağlı ayrı-ayrı qaydalar, müxtəlif qərarlar və təlimatlar olsa da, məsələ qanun çərçivəsində həll ediməyib.

Tarix
2016.01.01 / 22:05
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla