Yuxarı

Gəncədə əməliyyat: 35 kilo narkotik tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədə əməliyyat: 35 kilo narkotik tutuldu

Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini Yeni ilin ilk günlərindən uğurla davam etdirirlər.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərdən ümumi çəkisi 35 kiloqramdan artıq narkotik vasitə və odlu silah müsadirə edilib. Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında yanvarın 1-də keçirilmiş tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər dəfələrlə məhkum olunmuş Gəncə şəhər sakini Xəqani Zeynalov saxlanılıb.

X.Zeynalovun üzərinə baxış zamanı 28,2 qram, yaşadığı mənzildən isə əlavə olaraq 1 kiloqram 50 qram tiryək və 29 kiloqram marixuana, həmçinin nömrəsi silinmiş "Makarov" markalı tapança və 3 ədəd patronu olan sandıqça aşkar edilərək götürülüb.

Tədbirlərin davamı olaraq elə həmin gün şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Xalid Cəlalov da saxlanılıb. Onun üzərindən 102 qram tiryək, yaşadığı mənzilə baxış zamanı isə 5 kiloqram 200 qram marixuana aşkar edilib.

Hər iki faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Tarix
2016.01.05 / 16:59
Müəllif
Axar.az
Digər xəbərlər

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

İlham Əliyev Pezeşkiana zəng etdi

AB Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla