Yuxarı

Oğulun atadan 200 min oğurlamasının şok - Təfərrüatı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oğulun atadan 200 min oğurlamasının şok - Təfərrüatı

Göyçay sakini evindən edilən müdhiş oğurluğun təfərrüatını açıqlayıb.

Göyçay şəhərinin 49-cu məhəllə sakini İlqar Ömərov Axar.az-a göndərdiyi məktubda başına gələnləri yazıb.

Onun sözlərinə görə, ötən il mayın 11-də yaşadığı ev qarət olunub: "Həmin gün axşam 10 radələrində evə gəldim. Pul və ailəmizə məxsus qızıl-zinət əşyaları olan seyfin yoxa çıxdığını gördüm.

Seyfdə 139.300 dollar, 21.800 manat, təqribən 800 qram qızıl-zinət və 21 ədəd özəlləşmə çeki olub. Dərhal polisə müraciət etdim və tez bir vaxtda evi yaranlar həbs olundu. Gecə saat 2 radələrində artıq pulun yeri təyin olunaraq axtarışa başlandı".

Göyçay Rayon Polis Şöbəsindən İ.Ömərova deyilib ki, 91 min 260 dollar, 560 manat, zinət əşyaları və 21 özəlləşmə çeki tapılıb. Bu müddətdə oğurlanan qalan vəsait isə tapılmayıb.

Zərərçəkmiş qeyd edib ki, cinayəti törədən üç nəfər olub: "Həbs olunanların verdiyi ifadəyə əsasən, seyfi götürdükdən sonra 1973-cü il təvəllüdlü Seymur Quliyev adlı adamın evinə aparıblar. Orada seyfi yararaq pul, qızıl və özəlləşmə çeklərini götürüblər. Sonra seyfi Şirvan su kanalına atıblar.

Qayıdandan sonra pulu, qızılı və özəlləşmə çeklərini 1986-cı il təvəllüdlü Teymur Həsənov adlı adam götürüb. Seyfdən götürülən puldan 40 manatı 1990-cı il təvəllüdlü Namiq Ömərov, 250 manatı isə Seymur Quliyev götürüb. Sonra Teymur Həsənov Namiqə 60 manata telefon alıb".

Gəncə şəhər təcridxanasında saxlanan T.Həsənov ifadəsində pulu yaxın qohumuna verdiyini söyləyib. Amma yaxın qohumu şübhələnərək pulu geri qaytarıb.

T.Həsənovun dediyinə görə, daha sonra pulların bir hissəsini yerə basdırıb, qalanını evdə gizlədib. O, həmin yeri polisə dəqiq deməyib: "Bütün bunları Namiq Ömərov danışıb. Namiq Ömərov oğlumdur. Teymur bu cinayəti törətmək üçün oğluma psixoloji təsir göstərib. Namiqdən yarmağa ev tapmağı istəyib. Sonra onu öz evini yarmağa məcbur ediblər. Deyiblər ki, atan səndən şikayət etməz".

İ.Ömərovun sözlərinə görə, istintaq yekunlaşıb, amma həmin pulların yeri hələ də tapılmayıb: "Teymurun yaşadığı ünvana baxış keçirilərkən göstərdiyi yerdən heç nə çıxmayıb.

Yalnız hadisə günü həyətdən və evdən 91.260 dollar, 560 manat, zinət əşyaları və 21 ədəd özəlləşmə çeki aşkarlanıb. Bu günə kimi 48 min 40 dolların və 21 min 240 manatın harada gizləndiyi məlum deyil".

Tarix
2016.01.05 / 17:28
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Bakıda beynəlxalq konfrans keçiriləcək

Paşinyan qələbəyə inamla irəliləyir: Bakı ilə sülh sazişi...

Azərbaycanı, Ermənistanı dəstəkləmək lazımdır - Zelenski

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəfində

Azərbaycan Britaniya üçün vacib tərəfdaşdır - Nazir

Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan

Paşinyanın reytinqi Rusiyanı dəli etdi - Son sorğu

İlham Əliyev Zoran Milanoviçi təbrik etdi

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla